Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
Rusiyada dronlar üzrə ixtisaslaşan İzdeliye 80-in istehsalçısı Transport Budushchego, Samara vilayətinin Tolyatti şəhərində istehsalı dondurmaq qərarına gəlib.
Oxuməni.az xəbər verir ki, bu barədə şirkətdən TASS-a bildiriblər. Şirkət rəsmisi izah edib ki, bunun səbəbi hərbi sifarişlərin olmaması və qrupun investorlarına qarşı davam edən cinayət təqibidir. Qeyd edilib ki, bu çərçivədə də pilotsuz uçuş aparatlarının və onların əsas komponentlərinin seriyalı istehsalı üçün qurğular dayandırılacaq.
"Bununla belə şirkət 2026-cı ilin sonuna qədər 18 kiloqrama qədər yük tutumu və 25 kilometrə qədər mənzilli yüngül dron olan İzdeliye 70 üzərində işlər davam etdirəcək.Tələbatı nəzərə alaraq üçüncü nəsil İzdeliye 80-in təkmilləşdirilməsini başa çatdıracağıq”, - deyə şirkət bəyan edib.
Şirkət S-80 aqrodronu, Tsaplya dron və digərləri də daxil olmaqla mülki pilotsuz sistemlərin inkişafına diqqət yetirməyi planlaşdırır.
Əziz Mustafa