Tom Barrak Məzlum Abdi ilə Suriya və SDQ razılaşmasını müzakirə edib

22.01.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barrak Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Məzlum Abdi ilə görüşüb.
APAxəbər verir ki, bu barədə Tom Barrak özünün “X” hesabında məlumat verib.
“ABŞ yanvarın 18-də Suriya hökuməti və SDQ arasında əldə olunan razılaşmada nəzərdə tutulan inteqrasiya prosesinə öz güclü dəstəyini bir daha vurğuladı. Bütün tərəflər razıdır ki, lazım olan ilk addım hazırkı atəşkəsin qorunub-saxlanılmasıdır. Biz davamlı sabitliyə nail olmaq üçün bütün tərəflər üzrə etimad qurucu tədbirlərinin icrasını davam etdiririk”, - səfir qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью