Tom Berendsen Ceyhun Bayramovu Niderlanda dəvət edib

26.10.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Niderland şirkətləri Azərbaycanda biznes imkanlarını araşdırmaq istəyir

Modern.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Niderland Azərbaycanla iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar görür.

Nazirin sözlərinə görə, limanlar, nəqliyyat və logistika, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması sahələrində təcrübəyə malik Niderland şirkətləri Azərbaycanla əməkdaşlıq etmək və ölkədə biznes imkanlarını araşdırmaqda maraqlıdırlar.

T. Berendsen vurğulayıb ki, potensial investorların etimadının artırılması üçün qanunun aliliyinə və hüquqlara hörmətin təmin olunduğu sabit və proqnozlaşdırıla bilən biznes mühitinin mövcudluğu vacibdir.

O, həmçinin bu ilin əvvəlində İranda gərginliyin artması fonunda Tehrandakı Niderland diplomatlarına göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib. Bildirib ki, diplomatlar Tehrana təhlükəsiz şəkildə qayıda bilənədək Bakıda sığınacaq tapıblar.

Nazir Azərbaycanla əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib və Ceyhun Bayramovu Haaqaya səfərə dəvət etməkdən məmnunluq duyacağını qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью