Tom Holland yeni filmində məşhur rəqqası canlandıracaq

24.07.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Tom Holland yeni filmində məşhur rəqqası canlandıracaq.

Kulis.az xəbər verir ki, bu haqda aktyor iştirak etdiyi verilişlərdən birində məlumat verib.

O, "The Odyssey" və "Spider-Man: Brand New Day" filmlərinin təqdimat turlarını tamamlayan kimi dərhal növbəti böyük layihəsinə hazırlıqlarına başlayıb.

Aktyor amerikalı rəqqas, xoreoqraf və aktyor Fred Asterin həyatından bəhs edəcək bioqrafik film üçün artıq məşqlərə başladığını bildirib.

O, dublyordan istifadə etməyəcəyini və bütün rəqs səhnələrinin tək kadrla çəkiləcəyini deyib.

Qeyd edək ki, uşaqlıqda balet və müasir rəqs təlimi alan aktyor bu rolu öz karyerasının ən böyük sınağı kimi dəyərləndirib.

Babamın dişi - İkinci Mahmudun hekayəsi “Yaradıcı Kino İnkubasiya Proqramı”na start verilir Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью