Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Hollivud ulduzu Tom Kruz 45 illik karyerası ərzində ilk "Oskar"ını qazanıb.
"Unikal" xəbər verir ki, mükafat "16-cı Governors Mükafatları" mərasimində 63 yaşlı aktyora təqdim olunub.
Qeyd edək ki, uzun kino karyerası ərzində Kruz dörd dəfə - "Doğum günü 4 iyul", "Cerri Maquayr" və "Maqnoliya" filmlərindəki rollarına, eləcə də "Top Gun: Maverick" filminin prodüserliyinə görə namizəd göstərilsə də, heç vaxt "Oskar"da qalib gəlməyib.