Tom Kruz və Robbi Uilyams DÇ 2026 nın bağlanış mərasimində iştirak edəcəklər

14.07.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2026-cı il Dünya Kubokunun bağlanış mərasiminin təfərrüatlarını rəsmi saytında paylaşıb.

İdman.Biz bildirir ki, tədbir 19 iyulda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək final oyunundan 90 dəqiqə əvvəl başlayacaq.

Mərasimdə Laura Pausini, Nikol Şerzinger, Robbi Uilyams, IShowSpeed və Tom Kruzun iştirak edəcəyi bildirilir. “Emmi”, “Qremmi” və “Oskar” mükafatçısı Cennifer Hadson dünya çempionatı finalından əvvəl ABŞ-ın dövlət himninin xüsusi versiyasını ifa edəcəklər.

2026-cı il dünya çempionatı 11 iyundan etibarən ABŞ, Kanada və Meksikada keçirilir. Final 19 iyulda Kaliforniyanın İst-Raterford şəhərində keçiriləcək. Argentina hazırkı dünya çempionudur.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью