Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Amerika Film İnstitutu (AFI) dünya şöhrətli aktyor Tom Kruzu kinematoqrafiya sahəsindəki müstəsna xidmətlərinə görə "Ömürlük uğur mükafatı" ilə təltif edəcək.
Kulis.az xəbər verir ki, prestijli mükafat sənətçiyə 2027-ci ilin aprel ayında Hollivudda təşkil olunacaq təntənəli mərasimdə təqdim ediləcək.
AFI İdarə Heyətinin sədri Ketlin Kennedi Tom Kruzun kinoya olan sarsılmaz bağlılığını və filmlərinin insanları bir araya gətirmək gücünə inamını bu mükafatın əsas səbəbi kimi qiymətləndirib.
Karyerası ərzində "Top Gun", "Jerry Maguire" və "Mission: Impossible" kimi layihələrlə qlobal şöhrət qazanan və təhlükəli tryukları yerinə yetirməsilə tanınan aktyor, 3 dəfə "Oskar"a namizəd olub.
Xatırladaq ki, məşhur sənətçi 2025-ci ildə Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən "Fəxri Oskar mükafatı"na da layiq görülmüşdü.
Tom Kruz və İnyarritunun "Digger" filmi kino tarixinin ən böyük maliyyə iflaslarından birinə çevrilir Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirildi