Tom Kruzun növbəti filmi açıqlandı

01.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Tom Kruz rejissor Daq Laymanın yeni filmində oynayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.

Rejissor gələcək filmini fövqəltəbii triller kimi təsvir edir. Film "Deeper" adlanır.

Laymanın sözlərinə görə, nə o, nə də Tom Kruz əvvəllər belə layihələr üzərində işləməyiblər.

Film dərin dəniz çökəkliyini araşdırmalı olan astronavtın hekayəsindən bəhs edir. Suya dalış zamanı qəhrəman təhlükəli qüvvə ilə qarşılaşır.

"Deeper" filminin premyera tarixi və tam aktyor heyəti hələ açıqlanmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью