Tom Kruzun yeni filmi kassada uğursuzluqla üzləşdi

05.10.2026

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alexandro Qonsales İnyarritunun rejissorluğu və Tom Kruzun baş rolu ilə böyük gözləntilərlə nümayişə girən "Digger" filmi kassada uğursuzluqla üzləşib.

Kulis.az xəbər verir ki, 180 milyon dollar büdcəsi və 100 milyon dollar marketinq xərci olan ekran işi Şimali Amerikada ilk həftəsində cəmi 8 milyon, qlobalda isə 20 milyon dollar gəlir əldə edə bilib.

Film ətraf mühit fəlakətinə səbəb olan neftdən və ekoloji böhrandan bəhs edən qara yumor üslubundadır.

Bu nəticə "Warner Bros." studiyasının 2026-cı ildəki maliyyə itkilərini daha da dərinləşdirib.

Qeyd edək ki, studiyanın ilin sonundakı əsas ümidi dekabrda təqdim olunacaq "Dune: Part Three" filmidir.

Xalq artisti Şeyx Əbdül: "Bu gün şəxsi məsələləri kənara qoyaq..." "Sevgi hər şey olduğunu bilməkdir..." - Məşhur hind filosofdan deyimlər Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью