Icma.az, Olay.az portalına istinadən məlumat yayır.
“Picket Fences” serialı, eləcə də “Alien” və “Top Gun” filmləri ilə tanınan amerikalı aktyor Tom Skerritt 93 yaşında vəfat edib.
OLAY yazır ki, aktyor oktyabrın 21-də dünyasını dəyişib. Bu barədə ailəsi bir sıra media orqanlarına açıqlama verib.
“Onun itkisi bizi dərindən sarsıdıb” deyə açıqlamada qeyd olunub.
Tom Skerritt “Picket Fences” serialında “şerif Cimmi Brok” obrazını canlandırdığına görə “Emmi” mükafatına layiq görülüb. Aktyorun zəngin film karyerasına “MAS*H” filmində “kapitan Dyuk Forrest”, “Alien” filmində “kapitan Dallas”, “Top Gun” filmində “Mayk “Vayper” Metkalf”, “Steel Magnolias” filmində “Dram İton” və “A River Runs Through It” filmində “keşiş Con Maklin” rolları daxildir.