“Tomahavklar” əvəzinə trampın “iqtisadi alternativi” “WSJ”

29.11.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Oktyabr ayında Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtona səfər edərək ABŞ-dan uzaqmənzilli “Tomahawk” qanadlı raketlərini almağa ümid edirdi. Ukrayna hərbçiləri bu raketlər vasitəsilə Rusiyanın neft emalı zavodlarını sıradan çıxarmaq və bununla da Moskvanı daha əlverişli şərtlərlə danışıqlara məcbur etmək istəyirdilər.

Bizimyol.infio xəbər verir ki, "The Wall Street Journal"ın verdiyi məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff ukraynalı rəsmilərə tamamilə başqa bir yanaşmanı sınamağı təklif edib. O, “Bir ovuc raketin nə faydası var?” – deyə bildirib. Vitkoffun alternativ təklifi isə belə idi: Ukrayna Donald Trampdan onillik gömrük rüsumlarından azadolma istəsin. Onun sözlərinə görə, bu qərar Ukrayna iqtisadiyyatını xeyli sürətləndirə bilərdi.

Bunun fonunda ABŞ lideri artıq Kremlin diktatoru Putinlə telefonla danışmış və Ukraynaya uzaqmənzilli raketlərin verilməməsi barədə qərar qəbul etmişdi.

Bundan əvvəl Ukrayna mətbuatı xəbər vermişdi ki, Trampın “sülh planı” əslində Mayami-Biçdə üç nəfər tərəfindən hazırlanıb. Gizli danışıqlarda Vitkoff, Kuşner və Dmitryev iştirak edib. Onlar müharibənin dayandırılması üçün mümkün planı müzakirə etsələr də, Qərb mənbələrinin məlumatına görə, əsl məqsəd bundan daha geniş olub.

Bundan əlavə, məlumat verilir ki, Ukrayna nümayəndə heyəti Vitkoffla danışıqlar aparmaq üçün artıq ABŞ-a yola düşüb. Maraqlı məqam isə Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Kirill Budanovun da ABŞ-a gedənlər arasında olmasıdır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью