“Tomaqavk” raketlərinin Kiyevə çatdırılması pis nəticələnə bilər”

13.10.2025

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Tomaqavk” raketlərinin buraxılması amerikalı mütəxəssislərin iştirakını tələb edəcək, ona görə də bu raketlərin Kiyevə mümkün çatdırılması pis nəticələnə bilər”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

"Həqiqətən də belə mürəkkəb raketlərlə işləmək bu və ya digər şəkildə amerikalı mütəxəssislərin iştirakını tələb edəcək. Bu, açıq-aşkar faktdır", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Tomaqavk” raketlərinin Ukraynaya verilə biləcəyini bəyan edib. 

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью