“Tomaqavk”ların Ukraynaya verilməsi Trampın özü üçün də pis bitə bilər

13.10.2025

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin “Tomaqavk” raketlərini Ukraynaya verməsi ehtimalına sərt reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu addımın “hamı, xüsusilə də ABŞ prezidenti Donald Tramp üçün pis sonlana biləcəyini” bildirib.

Medvedev əlavə edib ki, Trampın “Tomaqavk”larla bağlı bəyanatlarının növbəti boş təhdid olaraq qalacağına ümid edir.

Qeyd edək ki, ABŞ prezidenti Tramp bir neçə gün əvvəl Ukraynaya əlavə uzun mənzilli silah tədarükünü nəzərdən keçirdiyini açıqlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью