Tomas Anders Türkiyəyə gəlir

26.01.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya şöhrətli alman müğənnisi Tomas Anders Türkiyədə sənətsevərlərlə görüşəcək.

SİA-nın məlumatına görə, “Modern Talking” qrupunun solisti kimi məşhurlaşan 61 yaşlı T.Anders martın 22-də İstanbul Ora Arenada konsert verəcək.

40 ilə yaxın musiqi karyerasında bir çox uğurlara imza atan Tomas "Modern Talking"in unudulmaz mahnılarından "You're My Heart", "You're My Soul", "Cheri Cheri Lady" və "Brother Lourie" hitlərini də ifa edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью