Tomas Müller İtaliya klubuna keçə bilər

23.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 aprel, AZƏRTAC

İtaliyanın “Fiorentina” komandası mövsümün sonunda Almaniya təmsilçisi “Bavariya”dan ayrılacaq Tomas Mülleri transfer etməkdə maraqlıdır.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Florensiya klubu bununla bağlı 35 yaşlı hücumçunun agenti ilə əlaqə saxlayıb. Lakin almaniyalı oyunçu gələcək karyerası ilə bağlı qərar verməyə tələsmir. O, mövsümün sonunadək gələcək təkliflərin hamısını nəzərdən keçirəcək.

Qeyd edək ki, Tomas Müller "Bavariya"nın yetirməsidir və 2008/2009-cu illər mövsümündən əsas komandada çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью