Tomas Reis: 1 xal üçün xoşbəxtik

17.03.2025

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 "Fənərbağça" ilə səfərdə bərabərə qalan (0:0) "Samsunspor"un baş məşqçisi Thomas Reis yaxşı oyun oynayaraq 1 xal qazandıqlarını bildirib.

Mia.az Türkiyə məbuatına istinadla xəbər verir ki, Tomas Reis oyun barədə bunları deyib:

"1 xal üçün xoşbəxtik. Liqanın sonuna qədər belə davam etmək və üçüncü pillədəki mövqeyimizi qorumaq istəyirik. Komandada oyunçular bir-biri üçün mübarizə aparır. “Fənərbağça" həm hücumda, həm də müdafiədə çox yaxşı oynayan komandadır. Komandamın müdafiədə çıxışı çox yaxşı idi, lakin hücumda bunu deyə bilmərəm. Təəssüf ki, son ötürmələrdən yararlana bilmədik".

Fərid ASLAN

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью