Tomas Tuxel DÇ 2026 dan sonra İngiltərə ilə bağlı qərarını açıqladı

16.07.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İngiltərə futbol millisinin baş məşqçisi Tomas Tuxel komandadakı gələcəyi ilə bağlı qərarını açıqlayıb.

İdman.Biz “Sky Sports”a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis DÇ-2026-nın yarımfinalında Argentinaya 1:2 hesablı məğlubiyyətdən sonra vəzifəsindən ayrılmayacağını bildirib. Tuxelin müqaviləsi AVRO-2028-in sonunadək qüvvədədir.

“Evdə keçiriləcək Avropa çempionatınadək müqavilə üzrə fəaliyyətimizi davam etdirəcəyik. İndiki məqamda bu qədər uzağa baxmaq çətin olsa da, həmin turniri səbirsizliklə gözləyirəm”, - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, İngiltərə iyulun 19-da, Bakı vaxtı ilə saat 01:00-da üçüncü yer uğrunda görüşdə Fransa ilə qarşılaşacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью