Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərə milli futbol komandasının qarşıdakı beynəlxalq fasilə üçün heyəti açıqlanıb.
İdman.Biz xəbər verir ki, baş məşqçi Tomas Tuxel UEFA Millətlər Liqasının ilk dörd oyunu üçün 27 futbolçuya dəvət göndərib. Heyətə Koul Palmer, Dominik Kalvert-Lüin, Lyuis Holl, Rio Nqumoha, Cerrad Brantveyt, Mayls Lyuis-Skelli və Aleks Skott kimi futbolçular qayıdıblar. Trent Aleksander-Arnold və Cud Bellinqem də siyahıda yer alıblar.
Qapıçılar:
Cordan Pikford
Ceyson Stil
Ceyms Trafford
Müdafiəçilər:
Cerrad Brantveyt
Trevo Çaloba
Mark Qehi
Lyuis Holl
Ezri Konsa
Tino Livramento
Niko O'Rayli
Cerell Kuansa
Trent Aleksander-Arnold
Yarımmüdafiəçilər:
Elliot Anderson
Cud Bellinqem
Mayls Lyuis-Skelli
Kobbi Mainu
Koul Palmer
Deklan Rays
Aleks Skott
Hücumçular:
Dominik Kalvert-Lüin
Ebereçi Eze
Entoni Qordon
Harri Keyn
Rio Nqumoha
Reşford
Morqan Rocers
Bukayo Saka
Tuxelin komandası turnirdə UEFA Millətlər Liqasının A3 qrupunda İspaniya, Xorvatiya və Çexiya ilə mübarizə aparacaq. İlk oyununu 26 sentyabrda “Uembli” stadionunda İspaniyaya qarşı keçirəcək. Bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
İngiltərənin oyunları:
26 sentyabr - İngiltərə - İspaniya
29 sentyabr - Çexiya - İngiltərə
3 oktyabr - Xorvatiya - İngiltərə
6 oktyabr - İngiltərə - Çexiya
12 noyabr - İngiltərə - Xorvatiya
15 noyabr - İspaniya - İngiltərə