Tomas Tuxel Xorvatiya ilə oyundan sonra FIFA ya müraciət edib

18.06.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 iyun, AZƏRTAC

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel dünya çempionatında komandasının Xorvatiya ilə ilk oyunundan sonra təşkilati məsələlərlə bağlı FIFA-ya müraciət edib.

AZƏRTAC xəbər verir ki, almaniyalı mütəxəssis matçdan öncə dövlət himnləri səsləndirilən zaman fotoqrafların yerləşməsindən narazı qalıb.

Onun sözlərinə görə, kameraların çox yaxın məsafədə yerləşdirilməsi ona futbolçularını görməyə imkan verməyib. Çalışdırıcı bunun çox xüsusi bir an olduğunu, FIFA-dan bu məsələyə yenidən baxmağı xahiş etdiyini bildirib.

Qeyd edək ki, qarşılaşma ingilislərin 4:2 hesablı qələbəsi ilə bitib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью