Tonali İtaliyaya qayıdır

12.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

İtaliyalı yarımmüdafiəçi Sandro Tonali A Seriyasına qayıtmağa hazırlaşır. 

Fanat.Az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayır.

Nəşr 24 yaşlı oyunçunun xidmətində maraqlı olan klubun adını qeyd etməsə də, bir transferin yanvarda icarə əsasında baş tutacağını vurğulayıb. 

Qeyd edək ki, 2019-cu ildən İtaliya millisinə çağırılan Tonali "Nyukasl"dan əvvəl ölkəsində "Breşiya" və "Milan" klublarında çıxış edib. 

Mərc oyunlarında iştirak etdiyi üçün 10 aylıq cəza alan Sandro Tonalinin avqustun sonundan etibarən komandasında məşqlərə başlamasına icazə verilib. İtaliyalı yarımmüdafiəçi 2023-cü il oktyabrın 27-də cəzalandırılmışdı. O, ötən yay "Milan"dan "Nyukasl"a keçmişdi.

"Nyukasl" hazırda 20 xalla Premyer Liqada 12-ci pillədə qərarlaşıb.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью