Tonali uğrunda mübarizə Tottenhem dən 75 milyonluq təklif

21.06.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

"Tottenhem" klubu "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali ilə maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə jurnalist Cianluka Di Marzio məlumat yayıb.

Mənbənin iddiasına görə, London təmsilçisi italiyalı futbolçunun keçidi üçün "Nyukasl"a 75 milyon avro təklif edib.

Lakin İngiltərə klubu oyunçunu bu məbləğə buraxmaq niyyətində deyil.

Bildirilir ki, "Nyukasl" rəhbərliyi Tonalinin transferindən ən azı 85 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında "Milan"dan "Nyukasl"a transfer olunub.

O, ötən mövsüm bütün turnirlərdə 45 oyunda meydana çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

30 dəqiqədə şou göstərdi - Undav matçın ən yaxşısı seçildi Dirk Kuyt "Fənərbaxça"ya qayıdır: Bu dəfə məşqçi kimi Rafinya Şotlandiya ilə oyunu buraxacaq - Braziliyada ciddi itki Sörlotun maaş tələbi - "Fənərbaxça" transferdən çəkilir 2 qol, 1 məhsuldar ötürmə - Qakpo matçın ən yaxşısı seçildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью