Toni Kroos “Arsenal”ı keçməyin yolunu göstərdi

14.04.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Real"ın sabiq yarımmüdafiəçisi Toni Kroos Çempionlar Liqasının 1/4 finalında London "Arsenal"ı ilə qarşılaşmada madridlilərin geridönüş üçün nə etməli olduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, almaniyalı veteran bu barədə telekanlların birində qonaq olarkən danışıb:

"Çempionlar Liqasının 1/4 finalında oynamaq təcrübəsi olmayan "Arsenal"ı Madriddə həyacanlandırmalı, "vay, bunlar hamısı deyil" deyə, düşünməyə məcbur etməliyik. Təcrübədən sizə deyə bilərəm ki, "Real" geridönüş edəndə, final fitinə 5-6 dəqiqə qaldıqda belə, rəqiblər həmişə "Real"ın daha bir qol vuracağını düşünür və özlərini itirirlər".

Qeyd edək ki, "Real" – "Arsenal" matçı aprelin 16-da baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью