Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniya millisinin və “Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos peşəkar məşqçilik fəaliyyətinə başlamağı planlaşdırır.
QOL.az “Diario AS"a istinadən xəbər verir ki, 36 yaşlı almaniyalı artıq gələn mövsüm sabiq futbolçular üçün nəzərdə tutulan xüsusi məşqçilik kursuna qoşulmaq niyyətini İspaniya Kral Futbol Federasiyasına (RFEF) rəsmi şəkildə bildirib.
Kursu uğurla başa vuracağı təqdirdə Kroos “A” kateqoriyalı məşqçi lisenziyasına sahib olacaq. Sabiq yarımmüdafiəçinin yüksək səviyyədə çıxış edən böyüklərdən ibarət komandaya baş məşqçi kimi rəhbərlik etmək variantını ciddi şəkildə nəzərdən keçirdiyi bildirilir.
Qeyd edək ki, Kroos 2024-cü ilin yayında peşəkar futbolçu karyerasını başa vurub. O, son mövsümündə “Real”la Çempionlar Liqasının qalibi olub, Almaniya millisinin heyətində isə doğma ölkədə keçirilən Avropa çempionatında 1/4 finala qədər irəliləyib.