Toni Kroos Qızıl top a əsas namizədinin adını açıqladı

21.08.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

Almaniya millisinin və "Real"ın keçmiş oyunçusu Toni Kroos PSJ-nin vingeri Xviça Kvaratsxeliyanı "Qızıl top" mükafatına əsas namizəd olduğunu bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Madrid Zone"-yə açıqlama verib:

"Xviça Kvaratsxeliya "Qızıl top" mükafatını qazanmalıdır! Mənim üçün o, bir nömrədir. Dünya çempionatında oynamış dörd oyunçu - Messi, Bellinqem, Mbappe və Rodri - klublarında orta səviyyəli mövsümlər keçiriblər.

Kvaratsxeliya yüksək keyfiyyətə malik futbolçudur. O, həm keçən mövsüm, həm də indi dünyanın ən yaxşısı oldğunu sübut edən klubun oyunçusudur".

Qeyd edək ki, "Qızıl top" mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью