Toni Kroos tarixin ən yaxşı beş yarımmüdafiəçisini seçdi

21.10.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Real Madrid”, “Bavariya” və Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos futbol tarixinin ən yaxşı beş yarımmüdafiəçisini müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, keçmiş futbolçu öz seçimində birinci yeri “Real Madrid”də uzun illər birlikdə çıxış etdiyi Luka Modriçə verib.

Kroosun fikrincə, tarixin ən yaxşı beş yarımmüdafiəçisi bunlardır: Luka Modriç, Andres İnyesta, Xavi Ernandes, Frenk Lempard, Mixael Ballak

Beləliklə, almaniyalı sabiq futbolçu ilk beşliyə iki keçmiş “Barselona” oyunçusunu - İnyesta və Xavini də daxil edib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью