Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
"Real Madrid" klubunun sabiq yarımmüdafiəçisi Toni Kros "Qalatasaray"ın ev oyunlarını keçirdiyi “Rams Park” stadionundakı ab-havadan söz açıb.
“Yeni Sabah” xəbər verir ki, sözügedən arenanın həqiqətən də qulaqbatırıcı dərəcədə səs-küylü olduğunu vurğulayaraq, bu barədə deyilənlərin reallığa əsaslandığını bildirib.
Təcrübəli oyunçu stadiondakı gərginliyi belə təsvir edib: "Amma orada həqiqətən inanılmaz təzyiq var. Məsələ təkcə səs-küydə deyil, sanki qulaqlarında fiziki təzyiq hiss edirsən. Bu, həqiqətən də çox xüsusi təcrübə idi. Bəli, atmosfer inanılmaz dərəcədə möhtəşəm idi. İnsan üzərində böyük təəssürat yaradırdı." Sərfəli qiymətə məhsullar