Toni Kross məşqçilik karyerasına başlamağı planlaşdırır

09.10.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Real Madrid”in və Almaniya millisinin sabiq futbolçusu Toni Kross məşqçilik karyerasına başlamağı planlaşdırır.

İdman.Biz xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 36 yaşlı Kross İspaniya Kral Futbol Federasiyasını (RFEF) gələn mövsüm sabiq futbolçular üçün nəzərdə tutulmuş xüsusi məşqçilik kurslarına qatılmaq niyyəti barədə məlumatlandırıb.

Proqramı başa vurduqdan sonra almaniyalı mütəxəssis A kateqoriyalı məşqçilik lisenziyası ala biləcək.

Nəşr vurğulayır ki, Kross yüksək səviyyədə peşəkar komanda ilə işləmək niyyətində ciddidir.

Toni Kroos 2024-cü ilin yayında futbolçu karyerasını başa vurub.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью