Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Baku TV Lənkəranda sitrus meyvələrinin satıldığı xüsusi bazardan reportaj hazırlayıb.Bazarda yalnız sitrus məhsullarının topdan və pərakəndə satışı həyata keçirilir.Əvvəllər qapı-qapı gəzib meyvə alan alıcıların sözlərinə görə, indi işləri xeyli asanlaşıb."Qiymətlər keçən ilə baxanda çox münasibdir.
Əvvəllər bir az baha idi, bu il eniş var", - Tovuzdan gələn alıcı deyib.Gün ərzində ən azı 40 ton mandarin, 20-30 ton feyxoa satdığını söyləyən satıcı Rahid Tağıyevin sözlərinə görə, subtropik meyvələrin satışı sentyabrda başlayır, mart ayına kimi davam edir:"İstər Türkiyədən, istərsə də İrandan gələn məhsul olsun, bunun dadını vermir.
Allah elə bil ki, subtropik meyvələri bizim zona üçün yaradıb".Daha ətraflı videomaterialda: Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.