Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. İqlim dəyişikliyi artdıqca vəziyyət daha da pisləşəcək.
"Report" xəbər verir ki, bunu Tonqa Qanunvericilik Məclisinin sədri Lord Fakafanua Fatafehi COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündəki "İqlim dəyişikliyinin real təsirini anlamaq" adlı sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyinin təsirlərini azaltmaq mümkündür: “Lakin bunun üçün maliyyə və texniki dəstəyə ehtiyac var.
Hazırda qlobal temperaturun 1,5 dərəcədən yuxarı artmasının astanasındayıq.
Bu templə davam etsək, vəziyyət daha da pisləşəcək və hətta qlobal temperatur 3 dərəcəyə yaxınlaşacaq.
Ona görə də qanunverici orqanlar qəbul etdikləri qanunlarla bunun qarşısını almağa çalışmalıdırlar".
Spiker bildirib ki, kiçik adalar üçün də vəziyyət ürəkaçan deyil, adaptasiyanı ləngdir: "Zərər və itkilərdən çox əyləncəyə üstünlük verilir.
İldən-ilə həddindən artıq isti hava şəraiti ilə üzləşirik. Okean səviyyəsindən aşağı olan adalardan insanları köçürürük, amma onların şərait