Tonqanın Qanunvericilik Assambleyasının sədri Bakıdadır FOTO | Icma.az
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Tonqa Respublikasının Qanunvericilik Assambleyasının sədri Fatafehi Fakafanua noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.Bizim.Media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatları - Şahin İsmayılov, Mircəlil Qasımlı və digər rəsmi şəxslər qarşılayıblar.Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək.
Görüşdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.Bizim.Media Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu