Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisin sədri Sahibə Qafarova Tonqa Krallığının Qanunvericilik Məclisinin sədri Lord Fkafanua Fatafehi ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iqlim dəyişikliyinin yaratdığı problemlərin bütün dövlətlərə mənfi təsirlərinin olduğu qeyd edilib, bu istiqamətdə qlobal əməkdaşlığın vacibliyi vurğulanıb.
Söhbət zamanı Azərbaycanın Millətlər Birliyi ilə əməkdaşlıq məsələləri, bu təşkilat vasitəsilə kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar barədə məlumat verilib.
Lord Fkafanua Fatafehi kiçik ada dövlətlərinin iqlim ədalətsizliyi ilə üzləşdiklərini diqqətə çatdırıb.
Deyib ki, iqlim dəyişikliyi onlar üçün təhlükəsizlik məsələsidir.
O qeyd edib ki, Azərbaycan kimi yeni dostların bu dövlətlərə iqlim dəyişikliklərinə uyğunlaşmağa göstərdiyi yardım çox böyük əhəmiyyətə malikdir.
Qonaq, həmçinin Azərbaycanın COP29 çərçivəsində kiçik ada dövlətlərinin səsini prioritetləşdirdiyi və daha yüksək səviyyəyə qaldırdığı üçün minnətdarlığını bildirib.