Icma.az, Azertag portalına istinadən məlumat verir. Bakı, 15 noyabr, AZƏRTAC Milli Məclisin sədri Sahibə Qafarova Tonqa Krallığının Qanunver
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iqlim dəyişikliyinin yaratdığı problemlərin bütün
Lord Fkafanua Fatafehi kiçik ada dövlətlərinin iqlim ədalətsizliyi ilə üzləşdiklərini diqqətə çatdırıb.
Deyib ki, iqlim dəyişikliyi onlar üçün təhlükəsizlik məsələsidir.
O qeyd edib ki, Azərbaycan kimi yeni dostların bu dövlətlərə iqlim dəyişikliklərinə uyğunlaşmağa göstərdiyi yardım çox böyük əhəmiyyətə malikdir.
Qonaq, həmçinin Azərbaycanın COP29 çərçivəsində kiçik ada dövlətlərinin səsini prioritetləşdirdiyi və daha yüksək səviyyəyə qaldırdığı üçün minnətdarlığını bildirib.
O, ümidvar olduğunu söyləyib ki, həm COP29, həm də Parlament Görüşü çərçivəsində keçirilən müzakirələr məhsuldar olacaq və iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllinə mühüm töhfələr verəcək.
Ölkələrimiz arasında münasibətlərin də nəzərdən keçirildiyi görüşdə Tonqa Krallığının Baş nazirinin ölkəmizə səfəri, Bakı Bəyannaməsi imzalanması məmnunluqla xatırlanıb.