Top ardınca qaçan 10 yaşlı qızı avtomobil vurub öldürdü Video

24.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Baş Dövlət Yol Polisi İdarəsindən Ölkə.az-a bildirilib ki, yaşıdları ilə oynayan qızcığazın meydançadan kənara düşən topu gətirməyə gedərkən yolun hərəkət hissəsini qaçaraq keçməsi, eləcə də yaşayış zonası üçün nəzərdə tutulmuş sürət həddindən artıq sürətlə hərəkət etməsi ehtimal olunan sürücünün yola qaçan uşağı görməməsi, sonda hər iki tərəf üçün bərpası mümkün olmayan itkilərə yol açdı.

“Uşaq və yeniyetmələrin, eləcə də istirahət edən, təsərrüfat işi görən, yaxud evinə tələsən əhalinin daha çox olduğu yaşayış zonlarında belə faciələr yaşanmasın deyə sürücü və piyadaların üzərinə qanunla nəzərdə tutulmuş konkret vəzifələr düşür”, - idarədən qeyd olunub. 

Baş Dövlət Yol Polisi İdarəsi bütün tərəflərə, xüsusilə sürücülərə müraciət edərək, onları  yaşayış zonasının sakitlik və təhlükəsizlik məkanı olduğunu unutmamağa, belə ərazilərdə ehtiyatla, piyadalara münasibətdə isə hər zaman ehtiramla davranmağa çağırır!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью