“Top indi Ukrayna tərəfdədir”

27.11.2025

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Hesab edirəm ki, Ukrayna ABŞ-nin təklif etdiyi sülh müqaviləsi ilə razılaşacaq”.

“Qafqazinfo” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində çıxışı zamanı bildirib.

“Bir daha vurğulayıram: biz sizin (Rusiyanın - red.) Ukrayna ilə sülh müqaviləsi üzrə səylərinizi dəstəkləyirik. Mən dünən dedim: əgər amerikalılar özlərini diplomatlar və əsl hüquqşünaslar kimi aparsalar, bu müqavilə razılaşdırılacaq. Çünki əsas məqamlar artıq razılaşdırılıb. Top indi Ukrayna tərəfdədir. Düşünürəm ki, cəbhədə cərəyan edən hadisələri də nəzərə alsaq, Ukrayna bu sülh müqaviləsinə razılaşacaq. Əks halda, ölkə tamamilə itiriləcək”, - Belarus lideri qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью