Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xorvatiya millisinin hücumçusu İqor Matanoviç DÇ-2026-nın 1/16 finalında Portuqaliyaya 1:2 hesabı ilə uduzduqları matçda ləğv edilən qolla bağlı açıqlama verib.
QOL.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, 90+13-cü dəqiqədə qeydə alınmayan epizodda topun saçına toxunduğunu təsdiqləyib.
“Doğrusu, mənə elə gəlir ki, topun saçıma yüngül toxunduğunu hiss etdim. Tam əmin olmadığım üçün hakimdən soruşdum. O isə dedi ki, topun içində çip var və həmin çip topa yüngül toxunuşu qeydə alıb. Buna görə də ofsayd qərarı verildi”, - deyə Matanoviç Mundo Deportivoya bildirib.
Qeyd edək ki, həmin epizodda baş hakim Espen Eskos VAR-ın müdaxiləsindən sonra qolu ləğv edib. Səbəb Matanoviçin topa toxunduqdan sonra topun ofsayd vəziyyətində olan Mario Paşaliçin önünə düşməsi olub.