Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Londonun “Arsenal” klubu İspaniya millisinin yarımmüdafiəçisi Martin Subimendini cari mövsümün qış transfer pəncərəsində satmağa hazırdır.
Futbolpress.az xəbər verir ki, bu barədə AS və “El Nacional” nəşrləri məlumat yayıb.
“Topçular” 27 yaşlı oyunçu üçün 70 milyon avro tələb edirlər. Kifayət qədər oyun praktikası qazanmadığı üçün klubunu dəyişmək istəyən futbolçunun artıq oktyabrda keçidinə razılıq verdiyi bildirilir.
Subimendinin xidmətində əsas iddiaçı kimi çıxış edən “Çelsi”də baş məşqçi Xabi Alonso şəxsən bu transferdə israrlıdır. Londonlularla yanaşı, Madridin “Real” və “Atletiko” klubları da yarımmüdafiəçini diqqətlə izləyirlər.
Xatırladaq ki, 2025-ci ilin iyulundan “Arsenal”da çıxış edən və müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulan Subimendi Premyer Liqanın cari mövsümündə cəmi 7 matçda 100 dəqiqə şans qazanıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.