“Topçular”a ağır zərbə

22.07.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Arsenаl”ın və Fransa millisinin müdafiəçisi Vilyam Saliba belindəki zədəyə görə əməliyyat olunmayacaq.

Futbolpress.az xəbər verir ki, 25 yaşlı futbolçu cərrahi müdaxilə əvəzinə uzunmüddətli bərpa prosesi keçəcək. Bu barədə “L’Équipe” nəşri məlumat yayıb. Fransalı müdafiəçinin yaşıl meydanlara qayıtmasının 4-5 ay çəkəcəyi gözlənilir.

Xatırladaq ki, Saliba DÇ-2026-nın İspaniya ilə yarımfinal matçının (0:2) 30-cu dəqiqəsində belindəki kəskin ağrılar səbəbindən əvəzlənmişdi.

Təcrübəli oyunçu ötən mövsüm “topçular”ın heyətində keçirdiyi 50 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, dünya çempionatında 6 oyunda şans qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью