Topdansatış mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

18.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Aşağı Avşar kəndində fəaliyyət göstərən Elçin Yaqub oğlu Qasımova məxsus topdansatış mağazasında yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı yararlılıq müddəti bitmiş zeytun yağı, meyvə şirəsi və müxtəlif çeşiddə şirniyyat, həmçinin Azərbaycan dilində etiket məlumatı olmayan xurma və balıq konservi aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью