Toponimiya Komissiyasının yeni tərkibdə ilk iclası keçiriləcək, sədr seçiləcək

25.01.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yanvarın 27-də Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk iclası keçiriləcək.

APA-nın xəbərinə görə, iclasda Toponimiya Komissiyasının sədri, sədr müavini və katibi seçiləcək.

Qeyd edək ki, Komissiyanın üzvləri Elnarə Akimova, Nizami Cəfərov, Əziz Ələkbərov, İsa Həbibbəyli, Mahirə Hüseynova, Anar İsgəndərov, Elçin İsmayılov, Musa Quliyev, Hikmət Məmmədov, Möhsün Nağısoylu, Sabir Rüstəmxanlı və Cavid İsgəndərovdur.

Bundan öncə Toponimiya Komissiyasının sədri İsa Həbibbəyli olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью