“Toppuş bacı”nın HƏYAT YOLDAŞI: “Allaha yalvardım ki, Tünzaləni bizə bağışla, qızım balacadır” FOTO

31.01.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) həyat yoldaşı Röyal onunla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Röyal mərhum aktrisanın ölümündən bir il əvvəl halının pisləşməsindən yazıb:
“Bir gün Tünzalənin halı pısləşdi, xəstəxanaya apardım, yolda özündən getdi, baxdım ürəyi döyünmür. Dedim, sondur, Allaha yalvardım ki, hələ tezdir, bizə bağışla Tünüşü, Zəhram çox balacadır, 2-3 dəqiqə sonra Tünüş ayıldı, su istədi və mənə “nə oldu hardayıq dedi?”. O gün Allah duamı qəbul etdi və daha 1 il yoldaşım bizimlə yaşadı, amma o gün bir şeyi də anladım ki, Rəbbim hər dəfə duamı qəbul etməyəcək. Çünki insan bir gün getməlidir və getdi.
Tünüş gedən gündən fikirli gəzirəm nə fikirləşirəm? Heç özüm də bilmirəm, amma bir yerə baxıb qaldığımın fərqinə varıram. Bəzən bunu hər kəs deyir mənə, amma mən bilmirəm o an nə düşündüymü inşallah tezliklə görüşəcəyik”.

Sara, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью