Topuriyanın Ağ Evdəki turnirdən sonra aldığı zədə məlum olub

16.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Gürcüəsilli UFC döyüşçüsü İlya Topuriyanın sağlamlıq durumu ilə bağlı yeni məlumat yayılıb.

İdman.Biz xəbər verir ki, bu barədə "Marca" məlumatverib.

Topuriya iyunun 15-də ABŞ-də Ağ Evdə keçirilən turnirdə amerikalı Castin Qeyciyə dördüncü raundda nokautla məğlub olaraq UFC-nin yüngül çəkidə çempionluq kəmərini itirib.

Mənbə iddia edir ki, Topuriya göz çuxuru sümüyündə kiçik sınıq alıb. Lakin onun əməliyyata ehtiyacı olmayacaq.

Qeyd edək ki, İlya Topuriya qarışıq döyüş növlərində keçirdiyi 18-ci qarşılaşmada karyerasının ilk məğlubiyyətini alıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью