Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
“Bakı Təşəbbüs Qrupuna və Azərbaycana dəvət üçün təşəkkürümü bildirirəm. Ölkəmdəki siyasətə inamım qalmayıb. İkiillik fasilədən sonra COP29-da iştirak etdikdə gördüm ki, əsl təşkilatçılıq belə olur”.
AZƏRTAC xəbər verir ki, bu sözləri müstəmləkəçilikdən əziyyət çəkən Toqonun Sağlam Ətraf Mühit uğrunda Könüllülər Assosiasiyasının (AVES) icraçı direktoru Koku Selom Aqvativa söyləyib.
O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu (BTQ) vacib məsələlərə toxunur. AVES-in icraçı direktoru onların problemlərinin həlli istiqamətində BTQ ilə səmərəli əməkdaşlıq ediləcəyinə inandığını bildirib.