Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində zəncirvari qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 6-da saat 15:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-21099” markalı iki avtomobil və “Mercedes” markalı maşın ötmə zamanı bir-biriylə toqquşub. Zərbənin təsirindən hər üç nəqliyyat vasitəsi yoldan çıxaraq meşəlik sahəyə düşüb. Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəyib, “VAZ” markalı maşında olan sərnişin - Quliyeva Çinarə xəsarət alıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin