Toqquşan maşınlar yoldan çıxıb kolluğa düşdü, sürücülərdən biri.. VİDEO

03.02.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Masallı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 1-də səhər saatlarında Bədəlan kəndində qeydə alınıb. Belə ki, Səbuhi Zeynalovun idarə etdiyi “VAZ-2114” markalı maşın, Mirmusa Qasımovun sürdüyü “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən hər iki maşın yoldan çıxaraq kolluğa düşüb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, “VAZ”ın sürücüsü yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью