Toqquşan maşınlardan biri kanala düşdü, digəri əzik əzik oldu VİDEO

25.07.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 24-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil, 90-NK-031 dövlət nömrə nişanlı “QAZ-3110” markalı maşınla toqquşub. İddialara əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Zərbənin təsirindən “Mercedes” kanala aşıb, digər avtomobil isə yol kənarındakı dirəyə çırpılaraq əzik-əzik olub.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью