Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.
Torium – elementlərin dövri cədvəlində 90-cı yerdə olan yüngül radioaktiv xüsusiyyətləri olan ağır metaldır. Norveç mifologiyasındakı ildırım allahının adını daşıyan bu element “torium-232” izotopu şəklində təbiətdə urandan 3-4 dəfə çox yayılıb.
O, nüvə energetikasında urana əsas alternativ sayılır: daha təhlükəsiz olmaqla, 200 dəfə artıq enerji tutumludur. Torium reaktorunu su ilə soyutmaq lazım gəlmir. İstifadəsindən sonra radioaktiv tullantılar qalmır.
Toriumu şüalandırmaq yolu ilə urana çevirmək də mümkündür. MAGATE-nin də yanaşması belədir ki, torium bəşəriyyətin energetika probleminin həlli yollarından biri ola bilər.
İndiyə qədər torium energetikasının əsas problemi onun hasilatının urandan baha başa gəlməsi hesab olunurdu.
Çin 2029-cu ildə Qobi səhrasında dünyada ilk dəfə olaraq toriumla işləyən reaktor stansiyası qurmağı planlaşdırır. Eyni zamanda, toriumla işləyən yük gəmilərinin yaradılması üzərində də iş gedir.
Tariyel Həsənov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. O, nüvə energetikasında urana əsas alternativ sayılır: daha təhlükəsiz olmaqla, 200 dəfə artıq enerji tutumludur. Torium reaktorunu su ilə soyutmaq lazım gəlmir. İstifadəsindən sonra radioaktiv tullantılar qalmır.