Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Azərbaycanlı futbolçu Toral Bayramovun formasını geyindiyi “Bursaspor” yoldaşlıq oyununda “Şaxtyor”la qarşılaşıb.
Futbolpress.az xəbər verir ki, “Timsah Arena”da baş tutan matçı tribunadan 37 min azarkeş izləyib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Bursaspor” Toralın start heyətdə meydana çıxdığı matçda ukraynalılarla qolsuz heç-heçəyə razılaşıb. Bayramov ikinci hissədə əvəzlənib.
Bursa komandası yeni mövsümdə I Liqada mübarizə aparacaq.