futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan millisinin üzvü Toral Bayramov Türkiyə 1-ci Liqasında diqqətçəkən epizoda imza atıb.
Futbolpress.az xəbər verir ki, “Bursaspor”un şərəfini qoruyan azərbaycanlı futbolçu “Antalyaspor”la səfər matçında səhvi ucbatından topu öz qapısından keçirib.
Qeyri-adi avtoqol matçın birinci hissəsinə əlavə olunmuş 6-cı dəqiqədə qeydə alınıb və bu epizoddan sonra hesab 1:1 olub. Qarşılaşma məhz bu hesabla başa çatıb.
Görüşə start heyətində başlayan Toral 79-cu dəqiqədə məşqçi tərəfindən əvəzlənib. Xal itirməsinə baxmayaraq, “Bursaspor” aktivindəki 32 xalla turnir cədvəlinin zirvəsindəki mövqeyini qoruyub saxlamağı bacarıb.
Qolun videosunu buradan izləyə bilərsiniz.