Toral Bayramov “Bursaspor”un məşqində şou göstərdi VİDEO

02.08.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin və Türkiyənin “Bursaspor” futbol komandasının müdafiəçisi Toral Bayramov məşqdə dəqiqliyi ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, 25 yaşlı futbolçu topa bir toxunuşla dəqiq zərbə endirib. Tapşırığı uğurla yerinə yetirən Bayramov daha sonra komanda yoldaşının təbrikini qəbul edib.

“Bursaspor” görüntüləri rəsmi sosial şəbəkə hesabında hədəf işarəsi ilə paylaşaraq azərbaycanlı futbolçunun bacarığını önə çıxarıb.

Toral Bayramov mayda “Qarabağ”dan ayrılaraq “Bursaspor”a keçib. Türkiyə komandası Azərbaycan millisinin üzvü ilə yeni mövsümün heyət planlaması çərçivəsində müqavilə imzalayıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью