Toral Bayramov İstanbul klubuna keçir?

25.08.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Bursaspor"un formasını geyinən azərbaycanlı gənc müdafiəçi Toral Bayramov karyerasında böyük bir addım atmağa çox yaxındır.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istedadlı futbolçu menecerlər vasitəsilə Türkiyə Super Liqasının iddialı kollektivlərindən olan "Eyüpspor"a təklif edilib.

Son mövsümlərdə nümayiş etdirdiyi sabit və inamlı oyunla diqqətləri üzərinə çəkən gənc oyunçunun bu keçidində vasitəçilər artıq ilk təmasları qurublar. İstanbul təmsilçisinin məşqçilər korpusu futbolçunun matçlarını analiz etdikdən sonra transferlə bağlı yekun qərarını verəcək.

Danışıqlar müsbət yekunlaşacağı təqdirdə, azərbaycanlı müdafiəçi qardaş ölkənin elitasında mübarizə aparmaq şansı əldə edəcək.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью